Hədiyyə kartlarının etibarlılıq müddəti ilə bağlı məhkəmə qərarı HÜQUQİ PRESEDENT YARATDI

Hədiyyə kartlarının etibarlılıq müddəti ilə bağlı məhkəmə qərarı HÜQUQİ PRESEDENT YARATDI






presstv

"Presstv"az #Bakı, #Bakı Apellyasiya Məhkəməsi, #Hakim

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Sabina” və “Adore Parfumeriya” mağazalar şəbəkəsinə məxsus hədiyyə kartlarının altı ay və ya bir ilə kimi məhdud etibarlılıq müddəti ilə satışa çıxarılması və müddət bitdikdən sonra etibarsız sayılması məsələsinə məhkəmə qaydasında hüquqi qiymət verilib.

presstvaz xəbər verir ki, bu barədə vəkil Hikmət Əliyev sosial şəbəkə hesabında paylaşım edib.

O qeyd edib ki, “Ador Kompani” MMC-nin “Sabina” və “Adore Parfumeriya” mağazalar şəbəkəsinə məxsus hədiyyə kartlarının altı ay və ya bir ilə kimi məhdud etibarlılıq müddəti ilə satışa çıxarılması və vaxt bitdikdən sonra etibarsız sayılması səbəbindən kart sahibləri heç bir məhsul əldə etmədən istifadədən məhrum olur, şirkət isə gəlir əldə edirdi:

“Problemin ictimai əhəmiyyətini nəzərə alaraq ilk instansiya olaraq Nərimanov Rayon Məhkəməsinə müraciət etsəm də, iddiam rədd edilmişdi. Lakin apellyasiya şikayəti verdim və Bakı Apellyasiya Məhkəməsində hakim Fərrux Qasımovun sədrliyi ilə məsələ araşdırıldı. Nəticədə şikayət təmin olunub”.

Məhkəmə prosesində göstərdiyi peşəkarlığa görə hakim Fərrux Qasımova təşəkkürünü bildirən iddiaçı, bu qərarın həm hüquqi, həm də sosial əhəmiyyətini vurğulayıb.

“Apellyasiya məhkəməsinin qərarı yalnız fərdi halda hüququ bərpa etməklə kifayətlənməyib, eyni zamanda “iki ulduzlu qərarlar” sırasına daxil edilərək vahid məhkəmə təcrübəsinin formalaşmasına töhfə verib.

Bu qərar yalnız bir hədiyyə kartı ilə bağlı hüquqi nəticə doğurmadı. O, gələcəkdə minlərlə insanın hüquqlarının pozulmasının qarşısını alacaq, vətəndaşların əsassız zərərə məruz qalmasının, şirkətlərin isə hüquqa zidd şəkildə əsassız qazanc əldə etməsinin qarşısını alacaq”,- deyə vəkil qeyd edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv