Macarıstanda saxlanılan Ukrayna vətəndaşları ilə bağlı qərar verildi

Macarıstanda saxlanılan Ukrayna vətəndaşları ilə bağlı qərar verildi






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Macarıstan külli miqdarda nağd pul və qızıl daşıyarkən saxlanılan yeddi ukraynalını ölkədən çıxaracaq.

presstvaz-ın xəbərinə görə, bu barədə Macarıstanın beynəlxalq kommunikasiyalar və əlaqələr üzrə dövlət katibi Zoltan Kovaç “The Guardian” nəşrinə bildirib.

Kovaçın sözlərinə görə, hakimiyyət orqanları müəyyən ediblər ki, pulların daşınması zamanı əməliyyata Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş generalı rəhbərlik edib. Onun müavini Ukrayna Hərbi Hava Qüvvələrinin keçmiş mayoru olub, eləcə də ona hərbi təcrübəsi olan şəxslər kömək edib.

“Gəlinən bu qənaətlər əsasında yeddi nəfərin hamısı Macarıstandan çıxarılacaq”, – deyə Z.Kovaç vurğulayıb.

Macarıstanda çirkli pulların yuyulması şübhəsi ilə Ukraynanın xüsusi xidmət orqanlarının keçmiş generalı və daha altı Ukrayna vətəndaşı saxlanılıb.

presstvaz-ın xarici KİV-ə istinadən xəbərinə görə, bu barədə Macarıstan Milli Vergi və Gömrük İdarəsindən (NAV) məlumat verilib.

Məlumata görə, çirkli pulların yuyulması şübhəsi ilə bağlı cinayət işini araşdırdığını bildirib.

“Ukrayna kəşfiyyatının keçmiş generalı da daxil olmaqla, yeddi Ukrayna vətəndaşı, eləcə də nağd pulların daşınması üçün istifadə edilən iki zirehli avtomobil həbs edilib ki, bu maşınlar Avstriyadan Ukraynaya ümumilikdə 40 milyon dollar, 35 milyon avro və 9 kiloqram qızıl daşımaq üçün nəzərdə tutulmuşdu”, – deyə məlumatda qeyd edilib.

Həmçinin Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “X” hesabında etdiyi paylaşımda Macarıstanı hamısı bank işçisi olan yeddi Ukrayna vətəndaşını saxlamaqda ittiham edib və onların azad edilməsi tələbi ilə Budapeştə nota göndərildyini bildirib.

“Budapeştdə Macarıstan hakimiyyəti yeddi Ukrayna vətəndaşını girov götürüb. Bu yeddi ukraynalı dövlətə məxsus “Oşadbank”ın əməkdaşıdır və onlar Avstriya ilə Ukrayna arasında reys həyata keçirirdilər, dövlətə bankların arasında müntəzəm daşınmalar çərçivəsində maddi vəsaitlər və qiymətli əşyalar daşıyırdılar. Faktiki olaraq söhbət ondan gedir ki, Macarıstan girov götürüb və pulları oğurlayıb”, – deyə o qeyd edib.

“Biz artıq vətəndaşlarımızın dərhal azad olunması tələbi ilə rəsmi nota göndərmişik”, – deyə Sibiqa əlavə edib.

Onun sözlərinə görə, Kiyev, həmçinin Budapeştin hərəkətlərinin aydın şəkildə təsnif olunması üçün Aİ-yə müraciət edəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv