FTB-nin kompüter şəbəkəsində şübhəli fəaliyyət – Danışıqların dinlənilməsi proqramına müdaxilə cəhdi

FTB-nin kompüter şəbəkəsində şübhəli fəaliyyət – Danışıqların dinlənilməsi proqramına müdaxilə cəhdi






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin Federal Təhqiqat Bürosu (FTB) qurumun kompüter sistemlərində qeyri-adi fəallıq müşahidə edib.

presstvaz xəbər verir ki, bu haqda məlumatı “CBS News” telekanalı yayıb.

Kanal qurumun rəsmi açıqlamasına istinadən bildirir ki, büro öz şəbəkələrində şübhəli aktivlik müəyyən edib və az sonra məsələni aradan qaldırmağa başlayıb.

“Vəziyyətə reaksiya vermək üçün bütün texniki resurslarımızı işə salmışıq. Hazırda hadisə ilə əlaqədar əlavə məlumat verə bilmirik” – deyə, FTB-nin bəyanatında qeyd olunub.

Telekanalın mənbələri dəqiqləşdirib ki, kiberfəaliyyət xüsusilə rəqəmsal kəşfiyyat məlumatlarının toplanması sistemlərində qeydə alınıb. CBS-in verdiyi bilgiyə görə, müdaxilə şübhələri telefon danışıqlarının dinləməsi və zəng məlumatlarının avtomatik qeydiyyatı məqsədləri üçün tətbiq etdiyi proqramda müşahidə olunur.

İnsidentin dəqiq baş vermə vaxtı, arxasında kimlərin dayandığı və ya hər hansı informasiyanın sızıb-sızmadığı hələlik qeyri-müəyyəndir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv