“Baza” “Telegram” kanalının baş redaktoruna qarşı ittiham irəli sürüldü

“Baza” “Telegram” kanalının baş redaktoruna qarşı ittiham irəli sürüldü






presstv

"Presstv"az #Baş redaktor, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiya İstintaq Komitəsinin əməkdaşları “Baza”nın baş redaktoru Qleb Trifonova qarşı bir qrup şəxsə külli miqdarda rüşvət verilməsi ilə bağlı ittiham irəli sürüblər.

presstvaz-ın xəbərinə görə, bu barədə TASS-a etibarlı mənbədən məlumat verilib.

Mənbənin sözlərinə görə, “Baza”nın prodüseri Tatyana Lukyanovaya qarşı da oxşar ittiham irəli sürülüb.

“Onların hər ikisi bu cinayətdə təqsirli olduğunu boynuna almır”, – deyə mənbə qeyd edib.

Trifonovun vəkili Aleksey Mixalçik jurnalistə qarşı ittiham irəli sürülməsi faktını təsdiqləyib.

İstintaq Komitəsi hesab edir ki, Trifonovun Krasnodar, Krasnoyarsk diyarı və Belqorod vilayətinin polis əməkdaşlarına məlumat müqabilində rüşvət verilməsində əli var.

“Onlar internet mesencerlər vasitəsilə hüquq-mühafizə orqanlarının əməkdaşlarından fövqəladə vəziyyət və onun nəticələri barədə məlumat alıblar, sonra isə pulu köçürüblər”, – deyə mənbə bildirib.

Qleb Trifonovun Rusiya regionlarından polis əməkdaşlarına rüşvət verməsi ilə bağlı işdə 100 min rubl (2 000 manatdan çox) məbləğ olduğu deyilir.

“Trifonov və onun həmkarı Tatyana Lukyanovanın işində 100 min rubldan çox olmayan məbləğlər var. Əksər hallarda bu, 20-30 mindir ki, məlumat və ya videomateriallara görə birdəfəlik mükafat kimi ödənilib”, – deyə mənbə əlavə edib.

Xatırladaq ki, ötən gün Rusiya İstintaq Komitəsi “Baza” “Telegram” kanalının baş redaktoru və həmkarının Moskvada rüşvət verilməsi ilə bağlı saxlanıldığı barədə məlumat yayıb. Nəşrin redaksiyasında və Trifonovun mənzilində axtarışlar aparılıb, axtarış zamanı sənədlər və elektron daşıyıcılar aşkarlanaraq müsadirə edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv