İki cəbhə, bir məqsəd: “Qarabağ” səfərdə, “Zirə” doğma meydanda mərhələ adlamağa çalışacaq

İki cəbhə, bir məqsəd: “Qarabağ” səfərdə, “Zirə” doğma meydanda mərhələ adlamağa çalışacaq






presstv

"Presstv"az #"Qarabağ", #Avropa, #Azərbaycan, #Futbol, #UEFA Çempionlar Liqası, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Anar Həsənov…

Yay gəldimi, Azərbaycan klubları üçün avrokubok döyüşləri başlayır. Bu döyüşlər isə təkcə idman meydanlarında yox, ölkə reytinqində, prestijdə və futbol diplomatiyasında da yaşanır. “Qarabağ” və “Zirə” bu gün UEFA-nın iki fərqli turnirində mühüm oyunlara çıxacaq.

“Şelburn” – “Qarabağ”: Təcrübənin qarşısında İrland ruhu

İllərdir ki, avrokuboklarda sabit şəkildə mübarizə aparan “Qarabağ” bu dəfə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiyanın “Şelburn” klubu ilə qarşılaşacaq. Ənənəvi olaraq, bu tip qarşılaşmalarda favorit aydın olur: avrokubokların qrup mərhələlərində dəfələrlə oynamış, ciddi beynəlxalq təcrübəyə sahib “Qarabağ”.

Ancaq İrlandiya futbolu heç də zəif deyil. Fiziki güc, hava topları və intizamlı müdafiə bu ölkənin klublarına xas olan üslubdur. “Şelburn” bu mövsüm öz ölkəsində ciddi yüksəlişdədir və müdafiəyə əsaslanan taktiki oyun oynayır.

“Qarabağ”ın üstünlüyü təcrübə, oyun ritmi və xüsusilə də Avropa oyunlarının ab-havasına adaptasiyasıdır. Amma arxayınlıq təhlükəlidir. İrlandiya təmsilçiləri tez-tez “dəmir intizam”la sürprizlərə imza atıblar.

“Zirə” – “Hayduk”: Səssiz iddia, ciddi imtahan!

“Zirə” isə UEFA Konfrans Liqasında mövsümün debütünü edir. Rəqib Xorvatiya futbolunun köklü klubu “Hayduk Split”dir. Rəqibin təkcə adı kifayətdir ki, ciddiyə alınsın. Bu komandanın həm təcrübəsi, həm də legioner keyfiyyəti yüksəkdir. Lakin unutmayaq ki, “Hayduk” illərdir stabil deyil. Daxili qarışıqlıqlar, dəyişən heyətlər və nəticə sıçrayışları onların zəif tərəfidir.

“Zirə” isə yerli liqada az danışıb, çox iş görməyi sevən klubdur. Baş məşqçi Rəşad Sadıqovun oyunu oxuma bacarığı, futbolçuların intizamı və səmərəli taktiki sxemlər “Zirə”ni təhlükəli edir. Xüsusilə ev oyununda ilk 90 dəqiqəlik nəticə, mərhələnin taleyini həll edə bilər.

Hətta “Zirə” evdə uduzmasa, cavab oyunu üçün çox ciddi şans qazanacaq.

Nəticə etibarilə “Qarabağ” üçün turu keçmək artıq bir vəzifədir. Keçmək, irəliləmək, qrup mərhələsinə adlamaq. “Zirə” üçün isə, özünü yaxşı tərəfdən göstərmək üçün yaxşı fürsətdir. Hər iki klub bu qarşılaşmalarda təkcə özlərini yox, Azərbaycan futbolunun iradəsini və səviyyəsini təmsil edir.

Qələbə təkcə meydanda yox, futbol düşüncəsində, ciddiyyətdə və hazırlıqda qazanılır.

Avrokuboklarda çıxış edən hər bir klubumuza uğurlar!


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv