Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? – Nazirlikdən AÇIQLAMA

Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? – Nazirlikdən AÇIQLAMA






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son vaxtlar məktəblərdə baş verən hadisələr fonunda təhlükəsizlik məsələsi yenidən müzakirə mövzusuna çevrilib. Valideynləri düşündürən əsas suallardan biri isə budur: məktəblərdə təhlükəsizlik kameraları niyə bütün təhsil müəssisələrində quraşdırılmayıb?

presstvaz  Oxu.az-a istinadən bildirir ki,  Elm və Təhsil Nazirliyi mövzu ilə bağlı  məlumar verib.

Nazirlikdən bildirilib ki, təhsil müəssisələrinin tikintisi və maddi-texniki təchizatı ilə bağlı vahid normalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 avqust 2012-ci il tarixli qərarı ilə təsdiq edilib:

“Həmin sənəddə məktəblərdə təhlükəsizlik kameralarının quraşdırılması məcburi tələb kimi nəzərdə tutulmayıb. Təhlükəsizlik kameralarının quraşdırılması məktəblərin əsaslı təmiri və tikintisi üçün təsdiq edilmiş smetalara uyğun olaraq dövlət büdcəsindən ayrılan vəsaitlər çərçivəsində həyata keçirilir və bu proses mərhələli şəkildə təmin edilir.

Valideynlər və ya yerli icma tərəfindən məktəblərdə təhlükəsizlik kameralarının quraşdırılması ilə bağlı təşəbbüs irəli sürüldükdə, təhsili idarəetmə orqanları buna etiraz etmir və qanunvericiliyə uyğun olaraq dəstək göstərir”.

Açıqlamada qeyd olunub ki, quraşdırılan kameraların saz vəziyyətdə saxlanılmasına məktəbin texniki heyəti nəzarət edir:

“Hər hansı nasazlıq yarandıqda isə problemin aradan qaldırılması üçün zəruri tədbirlər görülür”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv