“Nar” 8 Mart münasibətilə xanım jurnalistləri təbrik etdi

“Nar” 8 Mart münasibətilə xanım jurnalistləri təbrik etdi






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Nar” 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xanım jurnalistlər üçün xüsusi tədbir təşkil edib. Media nümayəndələri üçün keçirilən incəsənət master-klassında iştirakçılar Azərbaycanın yerli brendinin təcrübəli təlimçilərinin dəstəyi ilə öz zövqlərini və fərdi üslublarını əks etdirən yaxalıqlar hazırlayıblar. Yaradıcılıq prosesi iştirakçılar üçün həm estetik təcrübə, həm də ünsiyyət və paylaşım imkanı yaradıb.

Tədbirin əsas məqsədi jurnalistlər üçün ilhamverici və yaradıcı mühit formalaşdırmaq, onları gündəlik iş qayğılarından qısamüddətli uzaqlaşdırmaqla sənətin ilhamverici təsirini hiss etmələrinə şərait yaratmaq olub. “Nar” bu təşəbbüslə xanım media nümayəndələrinin əməyinə və cəmiyyətdəki roluna dəyər verdiyini bir daha nümayiş etdirib.

Qeyd edək ki, mobil operator hər il bayram ərəfəsində xanım jurnalistləri bir araya toplayır və bu özəl günü onlarla birlikdə qeyd etməkdən məmnunluq duyur. Bununla da, medianın inkişafına töhfə verməyə və jurnalistlərin peşəkar fəaliyyətini dəstəkləməyə davam edir. “Nar”ın həyata keçirdiyi sosial və maarifləndirici layihələr haqqında ətraflı məlumatı nar.az saytından əldə etmək mümkündür.

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir “eSim” texnologiyası təqdim edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv