Manatla ilə bağlı mühüm qərar – Mərkəzi Bankdakı görüşün DETALLARI AÇIQLANDI

Manatla ilə bağlı mühüm qərar – Mərkəzi Bankdakı görüşün DETALLARI AÇIQLANDI






presstv

"Presstv"az #Dollar, #Hərrac, #Maliyyə Nazirliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ötən gün Mərkəzi Bankın rəhbəri Taleh Kazımovun bir neçə müstəqil iqtisadçı ilə növbəti görüş keçirib və müzakirələr aparıb.

presstvaz xəbər verir ki, görüşdə iştirak edən iqtisadçı ekspert Natiq Cəfərli formatı təqdir edib və bir neçə sual səsləndirdiyini vurğulayıb.

"1. MB-nin həftəlik valyuta hərracları nəticələrinin 1 aydan çoxdur ki, açıqlamamasını doğru saymıram. Taleh müəllim kifayət qədər arqumentli izah etsə də, düşünürəm ki, bu qərar bazarda ajiotajı azaltmır, əksinə, artırır. Bəli, dolayı rəqəmlərlə zatən hər ay nə qədər valyuta satıldığı, 1 il ərzində Neft Fondunun nə qədər dollar satacağı öncədən bilinir, bu həcm dəyişmir, amma düşünürəm ki, həftədə 2 hərrac haqında hər yeni həftənin 1-ci günü ümumi məlumat dərc olunsa, yaxşı olar;

2. Maliyyə Nazirliyinin ehtiyat büdcə vəsaitini banklara 3 aylıq depozitə qoyması məsələsini də qaldırdım, yeni, doğru yanaşmadır, amma problem odur ki, bu vəsait 3-4 iri, sistemyaradan banka yerləşdirilir, kiçik banklar rəqabətdə daha da geri düşür;

3. Ölkədə vətəndaşların arasında xarici birjalarda qiymətli kağızların alqı-satqısı getdikcə populyarlaşır, amma bu fəaliyyətin vergi ayağı doğru tənzimlənmir, vergi insanlara problem yaradır, buna görə də bizim treyderlər xarici banklara üz tutub onların onlayn bankçılığı platformalarından istifadəyə üstünlük verirlər;

4. Taleh müəllim ölkədə cəmi 150 min vətəndaşın əmanət hesabının olduğunu dedi – bu, ölkəmiz üçün çox kiçik rəqəmdir, amma bu nəticədir, səbəblər bank sektoruna güvənin hələ tam təsis olunmaması, gizli iqtisadiyyatın miqyasının böyük olması və insanların rəsmi rəqəmlərin yaxşı göstərilməsinə rəğmən daha kasıb olmasıdır.

Bank kredit faizlərinin yüksək olması, manatın gələcəyi də müzakirə olundu, aldığımız siqnal belədir ki, nə MB, nə də hökumət yaxın-orta vədədə manatın məzənnəsinin dəyişməsini istəmir, inzibati-sabit məzənnə rejimini saxlamağı düşünür", – ekspert vurğulayıb. 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv