Tramp müharibədən sonra İranın xəritəsinin dəyişə biləcəyini istisna etməyib

Tramp müharibədən sonra İranın xəritəsinin dəyişə biləcəyini istisna etməyib






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Tramp İranın müharibədən sonra sərhədlərinin dəyişə biləcəyini istisna etməyib.

presstvaz RBK-ya istinadən xəbər verir ki, D.Tramp bu barədə jurnalistlərə açıqlmasında deyib.

Jurnalistlər ondan müharibədən sonra İranın xəritəsinin eyni qalıb-qalmayacağını soruşublar. ABŞ prezidenti isə cavabında “Bunu sizə deyə bilmərəm. Yəqin ki, yox” cavabını verib.

Tramp əlavə edib ki, o, İranın yeni liderinin ölkəni müharibəyə sürükləməyəcək bir şəxs olmasını istəyir. Onun sözlərinə görə, ABŞ hər beş-on ildən bir regiona qayıdaraq eyni vəziyyətlə üzləşmək istəmir.

ABŞ Prezidenti bildirib ki, İranla bağlı hərbi kampaniyanın sonunda ölkənin ali rəhbərliyindən təslimiyyəti elan etmək üçün heç kim qalmayacaq.

“Bilirsiniz, düşünürəm ki, müəyyən anda ‘biz təslim oluruq” deyə biləcək heç kim qalmaya bilər”, – deyə o qeyd edib.

Tramp, həmçinin ABŞ hərbçilərinin İrana göndərilməsi ehtimalını da istisna etməyib. Onun sözlərinə görə, bu addım üçün “çox ciddi səbəb” tələb olunur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv