Azərbaycanda bu ailələr üçün ev tikiləcək

Azərbaycanda bu ailələr üçün ev tikiləcək






presstv

"Presstv"az #Ailə, #Azərbaycan, #Hacıqabul rayonu, #Hadisə, #Lənkəran, #Sabirabad, #Salyan, #Şamaxı, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanın bir sıra rayonlarında təbiət hadisəsi nəticəsində zərərçəkmiş ailələr üçün ev tikiləcək.

presstvaz xəbər verir ki, iqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi hazırlıqları başa çatdırıb.

Məlumata görə Lənkəranda 2 ədəd, Siyəzəndə isə 1 ədəd 3 otaqlı fərdi yaşayış evləri tikiləcək. 

Sözügedən evlərin tikintisini həyata keçirən şirkət müəyyənləşib və onunla Dövlət Agentliyi arasında müqavilə bağlanılıb. Müqaviləyə əsasən, üç evin tikintisi 268 min manata başa gələcək.

Agentlik daha əvvəl isə Zaqatalada təbiət hadisəsi nəticəsində zərərçəkmiş ailələr üçün 34 ədəd fərdi yaşayış evinin tikintisinə, qəzalı vəziyyətə düşən 9 çoxmənzilli binanın və əlavə olaraq daha 1 fərdi yaşayış evinin bərpasına bu ilin yanvar ayında başlayıb. Zaqataladakı tikinti və bərpa işlərinə isə 4 milyon manata yaxın vəsait ayrılıb.

Məlumat üçün bildirək ki, hazırda Hacıqabul rayonunun Nəvai qəsəbəsində 11 ədəd fərdi yaşayış evinin, Salyan və Sabirabad rayonlarında 4 ədəd 2 otaqlı fərdi yaşayış evinin, Şamaxı, Ağsu rayonlarında 5 ədəd fərdi yaşayış evinin tikintisi və 1 ədəd fərdi yaşayış evinin bərpası, cənub bölgəsində 14 ədəd fərdi yaşayış evinin tikintisi, Qobustan rayonunda 1 ədəd fərdi yaşayış evinin, Gədəbəy şəhərində 24 mənzilli binada və Daşkəsən şəhərində 1 ədəd istinad divarının bərpası da nəzərdə tutulub. Bu tikinti və bərpa işlərinə isə ümumilikdə 3,4 milyon manata yaxın vəsaitin sərf olunacağı proqnozlaşdırılıb.

Qeyd edək ki, təbii və texnogen qəzalar nəticəsində zərər çəkmiş ərazilərdə, bina və qurğularda bərpa və yenidənqurma işlərinin təşkili, bu işlərlə bağlı sifarişçi funksiyasının yerinə yetirilməsi Agentliyin vəzifələrindən biridir.

 

Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv