“İran peçi”ndən sızan qaz faciəyə səbəb oldu: 51 yaşlı kişi ağır yaralandı – VİDEO

“İran peçi”ndən sızan qaz faciəyə səbəb oldu: 51 yaşlı kişi ağır yaralandı – VİDEO






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Göygöl rayonunun Qızılqaya qəsəbəsində ehtiyatsızlıq ağır xəsarətlə nəticələnən yanğına və partlayışa səbəb olub.

presstvaz xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.

Məlumata görə, hadisə Rafayel Qasımova məxsus təsərrüfat binasında baş verib. 1975-ci il təvəllüdlü Zöhrab Qasımov binada olan zaman qaz sızması nəticəsində partlayış baş verib və ardınca yanğın başlayıb.

Zərərçəkmişin yaxınlarının bildirdiyinə görə, hadisəyə otaqdakı “İran peçi”ndən sızan qaz səbəb olub. Otağa dolan qazdan xəbərsiz olan Z.Qasımov siqaret yandırmaq istəyərkən güclü partlayış baş verib. Hadisə nəticəsində evin yataq otağı, sənədlər və əşyalar tamamilə yanaraq kül olub.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadaları və polis əməkdaşları cəlb olunublar. Yanğın qısa müddətdə söndürülərək alovun digər tikililərə keçməsinin qarşısı alınıb.

Partlayış nəticəsində ağır xəsarətlər alan 51 yaşlı Zöhrab Qasımov dərhal Gəncə Şəhər Birləşmiş Xəstəxanasına yerləşdirilib. Həkimlər tərəfindən xəstəyə 3-cü dərəcəli yanıq diaqnozu qoyulub və vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv