Qara və yaşıl çay arasındakı əsas fərq nədir?

Qara və yaşıl çay arasındakı əsas fərq nədir?






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yaşıl çay yarpaqları qısa fermentasiya prosesindən keçir və bu da daha çox faydalı maddənin saxlanmasına səbəb olur. Lakin çay daha uzun müddət emal olunur ki, bu da müxtəlif dadlar yaradır.

presstvaz-ın xəbərinə görə, bu barədə rusiyalı professor Marina Moyseyak Gazeta.ru nəşrinə müsahibəsində danışıb.

Onun sözlərinə görə, qara və yaşıl çayın eyni bitki növündən (Camellia sinensis) istehsal olunmasına baxmayaraq, içkilər dadı, ətri və orqanizmə təsiri baxımından fərqlənir.

“Yüngülfermentləşdirilmiş yaşıl çayla fermentləşdirilmiş qara çay arasında fərq qoyulur. Qara çay yarpaqlarının oksidləşmə səviyyəsi 80%-ə çata bilər, yüngül fermentasiya isə 3%-dən 12%-ə qədər oksidləşməni əhatə edir”, – deyə Marina Moyseyak izah edib.

Ekspert qeyd edib ki, yarpaqlarının emalının daha aşağı dərəcəsi yaşıl çayın antioksidant xüsusiyyətlərinin qorunmasına imkan verir, buna görə də içkini bəzən “canlı” adlandırırlar.

“Qara çay dərin fermentasiya olunur və kifayət qədər yüksək temperaturda qurudulur. Bu, onun qida dəyərini azaltmır, çünki bu zaman yeni və maraqlı dadlar yaranır, tonik maddələr isə müxtəlif birləşmələrlə təmsil olunur”, – deyə o əlavə edib.

Taninlər çaydakı əsas tonik maddələr kimi çıxış edir. Elmi məlumatlar göstərir ki, daha güclü oksidləşmə zamanı bu maddələr qismən teaflavinlərə çevrilir. Bu da qara çayın katexinlərin üstünlük təşkil etdiyi yaşıl çayla müqayisədə daha yumşaq gümrahedici təsirini izah edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv