İspaniyalı nazirdən türkiyəli idmançı Yusuf Dikeçlə bağlı maraqlı paylaşım

İspaniyalı nazirdən türkiyəli idmançı Yusuf Dikeçlə bağlı maraqlı paylaşım






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İspaniyanın ədliyyə naziri Feliks Bolanos sosial şəbəkələrdə türkiyəli atıcı Yusuf Dikeçə bənzədilməsi ilə bağlı paylaşıma zarafatla cavab verib.

presstvaz “Türkiye” qəzetinə istinadən xəbər verir ki, idmançı da naziri cavabsız qoymayıb və yazışma qısa müddətdə sosial mediada geniş yayılıb.

Paylaşımlardan birində istifadəçi Bolanos və Dikeçin şəkillərini yanaşı yerləşdirərək onların oxşarlığını göstərib. Bu paylaşım qısa müddətdə viral olub və minlərlə istifadəçi tərəfindən paylaşılıb.

Buna reaksiya verən Bolanos zarafatla: “Eyni adam olmadığımıza zəmanət verirəm. Kaş mən də onun qədər yaxşı nişan ala biləydim. Türk dostlarımıza böyük salamlar”, – sözlərini yazıb.

Yusuf Dikeç isə cavabında “Düşünürəm ki, bizi eyni anda görmədikcə, buna inanmayacaqlar” ifadəsini işlədib. İdmançı paylaşımı həm türk, həm də ispan dillərində edib.

Nazir və idmançı arasında baş verən bu zarafatlı dialoq sosial şəbəkələrdə onminlərlə baxış toplayıb və istifadəçilər onların oxşarlığı barədə çoxsaylı şərhlər yazıblar.

İspaniyalı nazirdən türkiyəli idmançı Yusuf Dikeçlə bağlı maraqlı paylaşım


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv