Konstitusiya Məhkəməsinin hakimi Rafael Qvaladze təqaüdə göndərilib

Konstitusiya Məhkəməsinin hakimi Rafael Qvaladze təqaüdə göndərilib






presstv

"Presstv"az #Ali Məhkəmə, #Azərbaycan, #Bakı, #Bakı Dövlət Universitetini, #Gürcüstan, #Hakim, #İlham Əliyev, #Konstitusiya Məhkəməsi, #Milli Məclis, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Konstitusiya Məhkəməsinin hakimi Rafael Qvaladze təqaüdə yola salınıb.

presstvaz “Report”a istinadla xəbər verir ki, təqaüdə yola salınmasına səbəb Rafael Qvaladzenin son yaş həddinə çatması ilə bağlıdır.

Xatırladaq ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Rafael Qvaladzeni “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Qeyd edək ki, R.Qvaladze 1948-ci il yanvarın 1-də Gürcüstanın Laqodexi şəhərində anadan olub. 1971-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Həmin il Ali Məhkəmədə əmək fəaliyyətinə başlayıb, 1998-ci ilədək baş məsləhətçi, şöbə rəisi, hakim işləyib, eyni zamanda, prokurorluq və ədliyyə orqanlarında müxtəlif vəzifələrdə çalışıb.

O, 1998-ci il iyulun 14-də Konstitusiya Məhkəməsinin hakimi təyin olunub.

Xatırladaq ki, Milli Məclisin aprelin 11-ə təyin olunan iclasının gündəliyinə keçmiş hərbi prokuror Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinə hakim təyin edilməsi ilə bağlı məsələ daxil edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv