Trampın idxal rüsumlarının tətbiqini dayandırmaq qərarına kimin təsir etdiyi məlum oldu

Trampın idxal rüsumlarının tətbiqini dayandırmaq qərarına kimin təsir etdiyi məlum oldu






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Donald Tramp, #Jurnalistlər, #Maliyyə Nazirliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Trampın 75-dən çox ölkəyə qarşı qarşılıqlı rüsumların tətbiqini 90 gün müddətinə dayandırmaq qərarı ABŞ maliyyə naziri Skott Bessentin istiqraz bazarındakı sarsıntılarla bağlı artan narahatlığı səbəbindən qəbul edilib.

presstvaz-ın məlumatına görə, bu barədə CNN televiziya kanalı mənbələrə istinadən xəbər verir.

Telekanalın üç həmsöhbətinin sözlərinə görə, ABŞ dövlət istiqrazları bazarında böhran əlamətləri ilə bağlı Maliyyə Nazirliyindəki narahatlıq prezidentin “qarşılıqlı” tarif rejiminin fəaliyyətini dayandırmaq qərarında əsas rol oynayıb.

Bildirilir ki, Bessent bu narahatlıqları birbaşa görüşdə Trampa bildirib.

Öz növbəsində ABŞ prezidenti Ağ Evdə jurnalistlərə istiqraz bazarını izlədiyini bildirib və proseslərin çox mürəkkəb olduğunu qeyd edib.

Onun sözlərinə görə, rüsumlarla bağlı qərarı çərşənbə günü səhər müəyyən müddət davam edən müzakirələrdən sonra qəbul edib.

Tramp vurğulayıb ki, onun qərarı insanların reaksiyası səbəbindən qəbul edilib.

“Onlar bir az həyəcanlanmağa, bir az qorxmağa başlamışdılar,” – deyə dövlət başçısı bildirib.

ABŞ prezidenti 75-dən çox ölkənin onun administrasiyası ilə rüsumlar barədə danışıqlar aparmaq istədiyini bəyan edib.

“Onların hamısı sövdələşmə bağlamaq istəyir”, – deyə Tramp bildirib.

Öz növbəsində ticarət naziri Hovard Latnik sövdələşmələrin bağlanması üçün vaxt lazım olacağını bildirib.

“Düşünürəm ki, real sövdələşmələrin bağlanması üçün müəyyən vaxt lazım olacaq… Amma biz ölkələrlə görüşməyə başlayacağıq. Mən bu gün Oval kabinetdən çıxdıqdan dərhal sonra onlara zəng etməyə, onlarla danışmağa və vaxtın gəldiyini deməyə başladım”, – deyə o bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv