Leyla Bəşirova: “Evliliköncəsi psixoloji uyğunluğun dəyərləndirilməsi tövsiyə olunur”

Leyla Bəşirova: “Evliliköncəsi psixoloji uyğunluğun dəyərləndirilməsi tövsiyə olunur”






presstv

"Presstv"az #Ailə, #Depressiya, #Münaqişə, #Sağlamlıq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Ailədə münaqişələrin baş verməsi cütlüklərin keçmişdə yaşadığı psixi pozuntuların yaratdığı mühitdir. Fərdlərin bir-birinə münasibətində hər zaman travmalar özünü göstərir”.

presstvaz xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da psixiatr Leyla Bəşirova açıqlayıb.

Onun sözlərinə görə, travmalar ailədə valideynlərin özlərinə və övladlarına qarşı daha aqressiv davranış nümayişini yaradır və bu zaman ailədə sağlam mühit formalaşa bilməz:

“Keçmiş travmaları olan insanlar şəxsi həyatlarında və əmək fəaliyyətlərində mənfi emosiyalarını ifadə edirlər. Travma sonrası insanlarda depressiya, təşviş, narahatlıq və digər psixi pozuntular, daha ağır psixi xəstəliklər müşahidə edilə bilər. Sağlam ailə mühitində böyüyən uşaqlar gələcəkdə şəxsi münasibətlərində sağlam olurlar. Ailə sağlam düşüncədə olmayanda uşaqlar travma alırlar. Fərdi travmalar ailə travmalarının yaranmasına səbəb olur. Travmaları olan insanlar psixi sağlamlıq mütəxəssisinə müraciət etməlidirlər. Fərdi travmaları olan insanlar ailə münasibətlərini də tənzimləyə bilmirlər. Keçmişində evdə şiddət görən uşaqlar böyüyəndə bəzən başqalarına şiddət göstərirlər. Ailədə və şəxsi münasibətlərdə sağlam əlaqələr olmalıdır. Sağlam düşüncə sağlam ailənin təməlidir”.

Psixiatr qeyd edib ki, evliliköncəsi psixoloji uyğunluğun dəyərləndirilməsi tövsiyə olunur:

“Cütlüklər evliliyə daha sağlam hazırlaşmalıdırlar. Psixiatrik müayinə və müalicə aparılaraq evlilikdə travmaların yaradacağı hallara qarşı qabaqlayıcı addımlar atılmalıdır. Ailələrdə hansısa psixi problemlər yarandığı halda psixi sağlamlıq mütəxəssisinə müraciət edilməlidir. Cütlük terapiyası aparılaraq ailənin sağlam və davamlı münasibəti tənzimlənir. Ailədə bir-birinə qarşı empatiya qurulsa, münasibətlər sağlam formalaşar. Ailə qurulan zaman cütlüklər öz keçmişlərini yeni həyata aparmamalıdırlar. Keçmiş gələcək üçün əhəmiyyətli deyil. Valideynlərin bir-birinə qarşılıqlı anlayışı uşaqların da özlərinə və başqalarına qarşı anlayışlı olmağına dəstək olur”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv