Evliliyin kritik mərhələləri hansılardır? – Ayrılıq ehtimalı yüksək olan dövrlər

Evliliyin kritik mərhələləri hansılardır? – Ayrılıq ehtimalı yüksək olan dövrlər






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Cəmiyyətdə nikahın birinci, üçüncü və xüsusilə məşhur olan “yeddi illik böhran” mərhələləri haqqında müxtəlif fikirlər mövcuddur.

presstvaz xəbər verir ki, bu barədə neyropsixoloq Svetlana Pulya gazeta.ru-ya açıqlamasında danışıb.

Neyropsixoloqun sözlərinə görə, hər kəs üçün keçərli olan universal “ən ağır il” anlayışı olmasa da, müəyyən dövrlərdə ayrılıq ehtimalı daha yüksək olur.

Birgə həyatın başlanğıcı xüsusi sınaq dövrü hesab olunur. Dopamin, oksitosin və serotonin kimi hormonlar tərəf müqabilini qüsursuz göstərsə də, ilin sonuna yaxın reallıq üzə çıxır və xəyal qırıqlığı yarana bilər. Boşanma riski adətən ilk illərdə pik həddə çatır. Lakin bu, tərəf müqabilinin pis insan olması demək deyil.

Digər gərgin mərhələ isə ailədə ilk övladın dünyaya gəlməsidir. Yuxu rejiminin pozulması, stresin artması və oksitosin hormonunun daha çox körpəyə yönəlməsi həyat yoldaşları arasındakı məmnunluq hissini azalda bilər.

Məşhur “yeddi illik böhran” anlayışı isə uşaqların hələ kiçik olduğu və məişət qayğılarının artdığı dövrə təsadüf edir. Bu çətinliklər adətən müvəqqəti olur və bir çox cütlük bu mərhələni keçdikdən sonra bir-birinə daha da bağlanır.

Mütəxəssis yekun olaraq qeyd edib ki, nikahda ən çətin dövr tərəflərin problemləri birlikdə həll edib-etməyəcəkləri barədə qərar verdikləri zamandır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv