İran hakimiyyəti Avropa ölkələrini hədələdi

İran hakimiyyəti Avropa ölkələrini hədələdi






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İran hakimiyyəti Avropa ölkələrini Yaxın Şərqdəki münaqişəyə qarışmamağa çağırıb və əks halda bunun ciddi nəticələrə səbəb ola biləcəyini bildirib.

presstvaz xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançi “France 24” telekanalına müsahibəsində danışıb.

“Tehran artıq avropalıları və digər ölkələri xəbərdar edib ki, onlar ehtiyatlı olmalı və İrana qarşı aparılan bu təcavüzkar müharibəyə müdaxilə etməməlidirlər”, – deyə o bildirib.

Diplomat vurğulayıb ki, ABŞ və İsrail tərəfindən İrana qarşı həyata keçirilən hərbi əməliyyatları dəstəkləyən istənilən dövlət avtomatik olaraq Tehranın cavab tədbirləri üçün qanuni hədəfə çevriləcək.

O əlavə edib ki, İran öz suverenliyinə qarşı yönələn təhdidləri cavabsız qoymayacaq və onu qorumaq üçün lazım olan bütün tədbirləri görməyə hazırdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv