Paşinyan Ermənistan MTX-nin rəhbərini dəyişmək niyyətindədir: Yerinə kimi təyin edəcək?

Paşinyan Ermənistan MTX-nin rəhbərini dəyişmək niyyətindədir: Yerinə kimi təyin edəcək?






presstv

"Presstv"az #Ermənistan, #Nikol Paşinyan, #Rusiya, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ermənistanın baş naziri Nikol Paşinyan respublikanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) rəhbəri Armen Abazyanı əvəzləmək niyyətindədir.

presstvaz  Oxu.Az-a istinadən bildirir ki,  bu barədə Ermənistan KİV məlumat verib.

Məlumata görə, Paşinyan qeyd olunan vəzifəyə Milli Təhlükəsizlik Xidmətinin rəis müavini Andranik Simonyanı təyin etməyi düşünür.

KİV-in bildirdiyinə görə, Paşinyan xidmətin indiki rəhbərinə etibar etmir və artıq çoxdan Simonyana Abazyana verdiyi kimi göstərişlər verir. Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Paşinyanın siyasi göstərişlərini qeyd-şərtsiz yerinə yetirmir, onları Simonyan həyata keçirir.

Qeyd olunur ki, Abazyan sistemin, əsasən, Rusiyada, xüsusən də Federal Təhlükəsizlik Xidmətinin (FTX) Akademiyasında təhsil almış əvvəlki rəhbərləri kimi, rusiyapərəst məmur hesab olunur.

“Bu səbəbdən Paşinyanın onu işdən çıxarmasına imkan verməyəcəklər və o, postunda qalmaqda davam edəcək”, – deyə KİV vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv