Tanınmış vəkilin hesabları ələ keçirildi: Adından pullar YIĞILIR

Tanınmış vəkilin hesabları ələ keçirildi: Adından pullar YIĞILIR






presstv

"Presstv"az #Bakı, #Daxili İşlər Nazirliyi (DİN), #Dələduzluq cinayəti

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Tanınmış vəkilin adından saxta hesablar açan şəxslər onun adından pul yığıblar.

presstvaz   xəbər verir ki, bu barədə Lent.az-a vəkil Hikmət Əliyev özü məlumat verib.

Onun sözlərinə görə, bu dələduzluq əməlləri “WhatsApp”və “Teleqram” proqramları üzərindən həyata keçirilib:

“Əvvəlcə mənim “Teleqram”dakı hesabım ələ keçirildi. Nömrə və şəkil mənə məxsus idi. Həmin şəxslər mənim “Teleqram”da yaxınlarıma, eləcə də vəkil həmkarlarıma yazaraq 100 manatdan 500 manatadək pul istəyiblər. Çox təəssüf ki, yaxınlarımdan bəziləri dələduzlara pul atıblar”.

Vəkil onu da diqqətə çatdırıb ki, məsələ ilə bağlı artıq Daxili İşlər Nazirliyinin “102” Xidmətinə şikayət edib:

“Bu, hüquqi baxımdan məbləğdən və işin hallarından asılı olaraq inzibati və cinayət məsuliyyəti yarada bilər”.

Hikmət Əliyev bildirib ki, pulu alınanlar arasında vəkillər də var: “Onlar çox güman ki, Vəkillər Kollegiyasının saytına girərək oradan vəkillərin şəxsi məlumatlarından nömrələrini götürüb və “WhatsApp” vasitəsi ilə mesajlar yazaraq pul istəyiblər”.

Məlumat üçün bildirək ki, Hikmət Əliyev Bakı şəhəri 28 saylı Vəkil Bürosunun rəhbəridir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv