Aktau faciəsində xilas olan Toğrul Cəfərov: “Pilot bizi suya eniş üçün hazırladı”

Aktau faciəsində xilas olan Toğrul Cəfərov: “Pilot bizi suya eniş üçün hazırladı”






presstv

"Presstv"az #Aktau şəhəri, #AZAL təyyarə qəzasi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış AZAL-a məxsus Bakı-Qroznı aviareysinin sərnişinlərindən biri, Gəncə sakini Toğrul Cəfərov bu gün evinə dönüb. Onu yaşadığı evin qarşısında ailə üzvləri və yaxınları qarşılayıblar. Gəlişi münasibətilə qurban kəsilib.

presstvaz   xəbər verir ki, 32 yaşlı Toğrul Cəfərov qəzanı və baş verənləri APA TV-yə danışıb:

“Qroznıya gedirdim, dostum dəvət etmişdi. Oradan da Moskvaya biletimiz var idi. Pilotumuza və həlak olan sərnişinlərə Allah rəhmət eləsin. Qəza zamanı hər kəs həyəcan içində idi. Pilot dəfələrlə suya eniş etməyə cəhd etdi və bizi buna hazırladı. Təyyarə yerə düşərkən çox zərbə aldıq. Son anda huşumu itirmişdim. Təyyarədən ilk çıxan Zamin adlı şəxs oldu, o, bir qızı və sonra məni xilas etdi. Daha sonra birlikdə digər yaralıları çıxardıq. Qazaxıstanın Aktau şəhərinin əhalisi çox tez köməyə gəldi, hər birimizə yardım etdilər”.

Toğrulun valideynləri ölkə başçısına və Azərbaycan xalqına göstərilən dəstəyə görə minnətdarlıqlarını bildiriblər:

“Oğlumuz sağ-salamat qayıtdı. Təəssüf ki, digərləri üçün qismət olmadı. Həlak olanlara Allah rəhmət eləsin, yaralılara şəfa diləyirik”.

Qeyd edək ki, ötən ilin dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 67 nəfər olub, onlardan 38-i, o cümlədən üç ekipaj üzvü həlak olub, 29 nəfər isə sağ qalıb. Sağ qalan sərnişinlərə ambulator və psixoloji dəstək göstərilir.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv