Aliment borcu hansı hallarda SİLİNİR?

Aliment borcu hansı hallarda SİLİNİR?






presstv

"Presstv"az #Aliment verilməsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ölkədə boşanmaların sayı artdığı kimi, alimentin verilməməsi ilə bağlı şikayətlər də bitib-tükənmir. Anlaşmalı boşana bilməyənlərin bir qismi keçmiş ərini, digərləri isə keçmiş xanımını bu maddi vəsait üzündən ittiham edir.

Sosial şəbəkələrdəki hüquq qruplarında, ailə-məişət məzmunlu paylaşımlarda daha çox qadınlar əks cinsin alimentdən yayınmasından, yaxud ödənməli aliment borcunun silinməsindən şikayətlənirlər.

Maraqlıdır, bəs, hansı halda şəxsin aliment borcu silinə bilər? Hüquq bu barədə nə deyir?

presstvaz   xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Ruslan Mustafazadənin sözlərinə görə, qanunvericilikdə borcun silinməsinə dair əsaslar var:

“Hazırda aliment borcu ilə bağlı məsələlər çox aktualdır. Qanunvericilikdə aliment borcunun silinməsinə dair əsaslar nəzərdə tutulub. Bu əsaslar nə ilə bağlıdır? İttiham olunan şəxsin aliment borcunun toplanmasından xəbərsiz olması, alimentlə bağlı qərarı bilməməsi, yaxud, bunun şəxsin günahı üzündən baş verməməsi və ya onu icra edə bilməsi halları var. Bu cür və ya digər məntiqli, əsaslı hallarla bağlı məhkəməyə müraciət edib həmin aliment borcunun silinməsini xahiş etmək olar.

Məhkəmə də öz növbəsində, bu arqumentləri araşdıracaq. Aydınlaşdıracaq ki, borcun toplanmasına səbəblər nədir, bunun əsası varmı?! Əgər irəli sürülən səbəblər əsaslı hesab edilərsə, həmin aliment borcunun tam və ya qismən silinməsinə qərar verilə bilər”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv