Təhlükəsizlik təhdidi: ABŞ diplomatları Səudiyyə Ərəbistanından çıxarılırlar

Təhlükəsizlik təhdidi: ABŞ diplomatları Səudiyyə Ərəbistanından çıxarılırlar






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanında fəaliyyət göstərən bəzi diplomatlara və digər dövlət işçilərinə bu ölkəni tərk etməklə bağlı tapşırıq verib.

presstvaz xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

“Dövlət Departamenti fövqəladə vəzifələrə aid olmayan tapşırıqları yerinə yetirən ABŞ dövlət qulluqçularına, həmçinin onların ailə üzvlərinə təhlükəsizlik təhdidi səbəbi ilə Səudiyyə Ərəbistanını tərk etməyi tapşırıb”, – deyə məlumatda bildirilib.

ABŞ hakimiyyəti daha əvvəl vətəndaşlarına İranın raket və PUA hücumları təhlükəsi səbəbindən Səudiyyə Ərəbistanına səfər planlarını yenidən nəzərdən keçirməyi tövsiyə etmişdi.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv