Rusiyadan qayıdıb anasının əşyalarını zibillikdə gördü, qardaşı arvadını bıçaqladı

Rusiyadan qayıdıb anasının əşyalarını zibillikdə gördü, qardaşı arvadını bıçaqladı






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Gədəbəy rayonunda kişi qardaşı arvadının sifətini bıçaqla kəsib.

presstvaz-ın məlumatına görə, hadisə rayonun Gərgər kəndində baş verib.

Kənd sakini, 1955-ci il təvəllüdlü Fidail İsmayılov valideynləri dünyasını dəyişəndən sonra Rusiyaya köçüb, orada yaşamağa başlayıb. Həmin müddətdən onun ata evində qardaşı İsrail İsmayılov və onun ailə üzvləri yaşayıblar.

O, bir neçə ildən sonra qısamüddətli Azərbaycana qayıdaraq, ata evinə gəlib. Evə gələrkən yolda dünyasını dəyişmiş anasına məxsus əşyaların zibillikdə olduğunu görüb və həmin əşyaları götürüb ata evinə gedib. O, evə daxil olaraq qardaşının həyat yoldaşı Əminədən niyə həmin əşyaları zibilliyə atdığını soruşub. Əminə isə əşyalar köhnəldiyini və yarasız olduğunu bildirib. Nəticədə Fidaillə Əminə arasında dava düşüb. Dava zamanı Fidail mətbəx bıçağı ilə Əminənin sifət nahiyəsinə xəsarət yetirib. Hadisəni görən İsrail İsmayılov məsələyə müdaxilə edib və iki qardaş arasında dava olub.

Hadisə yerinə polis əməkdaşları gəliblər və Fidail İsmayılov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, F.İsmayılov barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işinin istintaqı yekunlaşdırılaraq Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hökmü ilə F.İsmayılov 4 il azadlıqdan məhrum edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv