Adı Azərbaycan milli komandası ilə hallanan türkiyəli baş məşqçi hava limanında öldü

Adı Azərbaycan milli komandası ilə hallanan türkiyəli baş məşqçi hava limanında öldü






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Livan Premyer Liqasında çıxış edən “Nejmeh” klubunun baş məşqçisi Engin Fırat qəfil vəfat edib.

presstvaz “Haber Global”a istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssis dünən Livandan vətəninə dönərkən İstanbul Hava Limanında ürək çatışmazlığından ölüb.

Engin Fıratın zəngin məşqçilik karyerasına 2002-ci ildə “Fənərbağça” klubunda Verner Lorantın köməkçisi kimi başlayıb. “Fənərbağça”dan sonra o, Almaniyaya yollanaraq “LR Ahlen”də yenidən Lorantla çiyin-çiyinə işləyib, ardınca isə Cənubi Koreyanın “İnçon Yunayted” və Türkiyənin “Sivasspor” klublarında müxtəlif vəzifələri icra edib.

İran futbolunda da iz qoyan mütəxəssis “Saipa FC” və “Sepahan” klublarını çalışdırıb, əfsanəvi futbolçu Əli Daeinin köməkçisi qismində İran milli komandasında önəmli rol oynayıb. Fırat 2019-cu ildə Moldova millisinin baş məşqçisi təyin olunub və 2021-2024-cü illər aralığında Keniya milli komandasına 21 matçda rəhbərlik edib. O, son olaraq 8 fevral 2026-cı ildə Livanın ən aparıcı klublarından sayılan “Nejmeh SC” ilə müqavilə bağlamışdı.

2023-cü və 2025-ci illərdə türkiyəli mütəxəssisin adı Azərbaycan milli komandası ilə də hallanıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv