Rusiyadan Venera planeti ilə bağlı qərar: İlk olacaq

Rusiyadan Venera planeti ilə bağlı qərar: İlk olacaq






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Venera Rusiyanın Aydan sonra araşdırmağı planlaşdırdığı uzaq kosmosdakı ilk planet olacaq və bu addımın tarixi kökləri var”.

presstvaz-ın “Razvedçik” jurnalına istinadən xəbərinə görə, bu barədə Rusiya baş nazirinin birinci müavini Denis Manturov məlumat verib.

“Ölkəmiz hələ 1970-ci ildə Günəş sisteminin başqa planetində dünyada ilk dəfə olaraq kosmik aparatın uğurla endirilməsinə müvəffəq oldu. Bu, məhz Venera idi. Buna görə də, biz yəqin ki, bu istiqamətdə irəliləyəcəyik. Sonra isə baxarıq, qarşıya qoyulmuş məsələlər nə dərəcədə uğurla yerinə yetiriləcək”, – deyə Denis Manturov bildirib.

O etiraf edib ki, bu cür ciddi planların həyata keçirilməsi xeyli resurslar və qeyri-standart mühəndislik həlləri tələb edəcək. Eyni zamanda, istedadlı və “sözün yaxşı mənasında cəsarətli”, qeyri-adi ideyalar təklif etməyə qadir olan gənclər lazımdır.

Hazırda ölkəmiz tərəfdaşları ilə birlikdə Ayın elmi stansiyasının enerji təchizatı məsələləri üzərində işləyir. Rusiyanın aşağı güclü nüvə elektrik qurğusunun Ay səthinə çatdırılması planlaşdırılır və qurğu stansiyanı elektrik enerjisi ilə təmin edəcək. Həmçinin perspektivdə bu texnologiyanın uzaq kosmosun tədqiqində istifadə edilməsi planlaşdırılır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv