“Qoşadaş” sahəsində dəniz dibinin tədqiqatı üzrə işlərə başlanılır

“Qoşadaş” sahəsində dəniz dibinin tədqiqatı üzrə işlərə başlanılır






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Qoşadaş” sahəsində 3D OBN (“Ocean Bottom Node”, Dəniz Dibi Nodlar) seysmik çöl işlərinin aparılmasına hazırlıq məqsədilə ilkin mərhələdə dəniz dibinin tədqiqatına başlanılır.

presstvaz xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) məlumat yayıb.

Bildirilib ki, sözügedən tədqiqatın əvvəlcədən aparılması gələcəkdə seysmik çöl işləri zamanı nodların optimal yerləşdirilməsini və nəzərdə tutulan əməliyyatların səmərəliliyini təmin edəcək. Əldə olunan nəticələr seysmik proqramın uğurla həyata keçirilməsinə dəstək verəcək.

Tədqiqat çərçivəsində dəniz dibinin şəraitini dəqiq xəritələndirmək və potensial maneələri müəyyən etmək məqsədilə qabaqcıl çoxşüalı və sonar texnologiyalarından istifadə olunur ki, bu da dəniz dibi nodların daha təhlükəsiz və optimal yerləşdirilməsini təmin edir.

İşlər SOCAR-ın Geofizika və Geologiya İdarəsi (GGİ) tərəfindən “SOCAR Fugro” şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Bu işlərin əvvəlcədən icrası gələcəkdə nəzərdə tutulmuş çöl işlərinin daha səmərəli aparılmasına və yüksək keyfiyyətli seysmik məlumatların əldə olunmasına şərait yaradacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv