“Avto Azərbaycan”ın 30 illik yubileyi yaşıl təşəbbüslə qeyd olundu: 300 ağac əkildi

“Avto Azərbaycan”ın 30 illik yubileyi yaşıl təşəbbüslə qeyd olundu: 300 ağac əkildi






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanın avtomobil bazarında 30 illik uğurlu fəaliyyət tarixini geridə qoyan “Avto Azərbaycan” şirkəti, bu özəl yubileyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə keçirilən ekoloji aksiya ilə qeyd edib. Şirkət rəhbərliyinin və əməkdaşlarının iştirakı ilə baş tutan tədbir çərçivəsində Bakı şəhərinin Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib. Aksiyanın keçirilməsində əsas məqsəd ətraf mühitin və ekoloji tarazlığın qorunmasına dəstək olmaq, eləcə də ölkəmizdə yaşıllıq sahələrinin artırılması prosesində fəal iştirak etməkdir.

Avto Azərbaycanın 30 illik yubileyi yaşıl təşəbbüslə qeyd olundu: 300 ağac əkildi

Aksiya zamanı Bakı-Abşeron bölgəsinin torpaq-iqlim şəraitinə xüsusi uyğunluğu ilə seçilən 300 ədəd Eldar şamı və zeytun ağacları əkilib. Seçilən ağac sayı simvolik məna daşıyaraq, şirkətin fəaliyyət göstərdiyi hər bir uğurlu il üçün 10 ağacı təmsil edir.

Mütəxəssislərin nəzarəti altında həyata keçirilən əkin prosesində yeni tinglərin aqrotexniki qaydalara uyğun qulluq edilməsi və suvarılması üçün lazımi şərait yaradılıb.

Avto Azərbaycanın 30 illik yubileyi yaşıl təşəbbüslə qeyd olundu: 300 ağac əkildi

Şirkət rəhbəri Emil İsmayılov yubiley tədbiri ilə bağlı fikirlərini bölüşüb:

“30 illik fəaliyyət yolumuzda biz hər zaman innovasiyaları və inkişafı hədəfləmişik. Bu gün isə bu inkişafı təbiətin yaşıllaşdırılması ilə bir araya gətirdik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə əkdiyimiz bu 300 ağac bizim gələcək nəsillərə qarşı olan məsuliyyətimizin və ölkəmizin ekoloji sağlamlığına verdiyimiz önəmin göstəricisidir”.

Korporativ Sosial Məsuliyyətdə davamlılıq

“Avto Azərbaycan” 30 il ərzində dünyanın ən qabaqcıl avtomobil markalarının rəsmi təmsilçisi kimi qazandığı uğurları sosial məsuliyyət layihələri ilə birləşdirir. Şirkət tərəfindən salınan bu yeni yaşıl zolaq Bakı şəhərinin ekoloji mühitinə müsbət təsir göstərməklə yanaşı, korporativ sektorun ətraf mühitə qayğısının nümunəvi modelini ortaya qoyur.

Qeyd edək ki, “Avto Azərbaycan” bundan sonra da həm biznes sahəsindəki liderliyini qoruyub saxlamağı, həm də ölkəmizin ekoloji və sosial rifahına xidmət edən təşəbbüsləri davamlı şəkildə həyata keçirməyi planlaşdırır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv