Misli Premyer Liqası: “Zirə” “Kəpəz”i, “Neftçi” isə “Turan Tovuz”u sınağa çəkəcək

Misli Premyer Liqası: “Zirə” “Kəpəz”i, “Neftçi” isə “Turan Tovuz”u sınağa çəkəcək






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Misli Premyer Liqasının XXIII turunda bu gün daha iki oyun keçiriləcək.

presstvaz xəbər verir ki, günün ilk qarşılaşmasında “Zirə” öz meydanında “Kəpəz”i qəbul edəcək.

Zirə İdman Kompleksinin stadionunda keçiriləcək matç saat 18:30-da başlayacaq.

Günün digər oyununda isə “Neftçi” “Turan Tovuz”la qarşılaşacaq. “Palms Sports Arena”da keçirilən qarşılaşmanın start fiti saat 20:30-da səslənəcək.

Qeyd edək ki, “Turan Tovuz” 41 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. “Zirə” 38 xalla dördüncüdür. “Neftçi” 31 xalla yeddinci, 16 xala malik “Kəpəz” isə onuncudur.

Misli Premyer Liqası

XXIII tur

9 mart

18:30. “Zirə” – “Kəpəz”

Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Alik Yunusov

VAR: Elvin Bayramov

AVAR: Cavid Cəlilov

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: İlham Əliyev

Zirə İdman Kompleksinin stadionu

20:30. “Neftçi” – “Turan Tovuz”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə

VAR: Elçin Məsiyev

AVAR: Müslüm Əliyev

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Erkin Hüseynov

“Palms Sports Arena”


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv