Tramp: “İrana qarşı əməliyyatların nə vaxt başa çatacağına Netanyahu ilə birgə qərar verəcəyik”

Tramp: “İrana qarşı əməliyyatların nə vaxt başa çatacağına Netanyahu ilə birgə qərar verəcəyik”






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İrana qarşı hərbi əməliyyatın nə vaxt başa çatacağına İsrailin Baş naziri Benyamin Netanyahu ilə birgə qərar verəcəklər.

presstvaz xəbər verir ki, bu barədə ABŞ lideri “The Times of Israel” qəzetinə müsahibədə bildirib.

“Düşünürəm ki, bu məsələdə birgə qərar verəcəyik. Mən qərarı münasib vaxtda qəbul edəcəyəm, lakin hər şey nəzərə alınacaq”, – deyə Tramp bildirib.

Ölkə başçısı İsrailin ABŞ-nin iştirakı olmadan İrana qarşı əməliyyatları davam etdirib-etdirməyəcəyi barədə sualı da cavablandırıb: “Düşünmürəm ki, buna ehtiyac olacaq”.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv