İsrail qüvvələri Beyrutda “Hizbullah”ın əsas maliyyə qurumunun binasına zərbə endirib – VİDEO

İsrail qüvvələri Beyrutda “Hizbullah”ın əsas maliyyə qurumunun binasına zərbə endirib – VİDEO






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İsrail Hərbi Hava Qüvvələri Beyrutun cənubundakı Dahiye rayonunda “Hizbullah”ın terrorçu infrastrukturuna zərbə endirib.

presstvaz-ın xəbərinə görə, bu barədə “Yediot” “Telegram” kanalı videogörüntülər dərc edib.

Məlumata görə, Dahiyedə “Hizbullah” hərəkatının maliyyə qurumu olan “Əl-Qard əl-Həsən”in filialı hədəf alınıb.

Qeyd edilir ki, hücumdan əvvəl İsrail Müdafiə Qüvvələrinin (SAXAL) mətbuat xidməti ərəb dilində Dahiye sakinlərinin təxliyəsi ilə bağlı təcili xəbərdarlıq edib və bildirib ki, yaxın saatlarda SAXAL “Əl-Qard əl-Həsən” assosiasiyasının terrorçu infrastrukturuna qarşı güc əməliyyatları keçirəcək. Vurğulanır ki, “Əl-Qard əl-Həsən” “Hizbullah”ın fəaliyyətinin maliyyələşdirilməsində mərkəzi yer tutur.

Həmçinin İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr “Hizbullah”ın obyektlərinin yerləşdiyi Beyrutun cənub məhəllələrinə də hava hücumları həyata keçirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv