Ukrayna və ABŞ nümayəndələri arasında yeni görüş keçiriləcək – Zelenski açıqladı

Ukrayna və ABŞ nümayəndələri arasında yeni görüş keçiriləcək – Zelenski açıqladı






presstv

"Presstv"az #ABŞ, #Audi, #Donald Tramp, #Jurnalistlər, #Rusiya, #Ukrayna, #Volodimir Zelenski

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ukrayna və ABŞ nümayəndə heyətləri fevralının 26-da görüşəcəklər.

presstvaz NV-yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə görüşündə bildirib.

Məlumata görə, görüşdə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff iştirak edəcəklər.

İkitərəfli danışıqlarda ABŞ-nin maliyyə naziri Skott Bessent və Donald Trampın kürəkəni Cared Kuşnerin də iştirakı gözlənilir.

Umerovun mətbuat katibi Diana Davityan görüşün İsveçrənin Cenevrə şəhərində keçiriləcəyinə aydınlıq gətirib.

Onun sözlərinə görə, danışıqların əsas mövzuları Ukraynanın bərpası paketi və Rusiyanın iştirakı ilə üçtərəfli görüşə hazırlıqdır.

Ukrayna tərəfinin fikrincə, üçtərəfli görüş martın əvvəlində baş tuta bilər.

Bundan əlavə, Umerov görüş çərçivəsində əsirlərin mübadiləsi məsələsini də müzakirə edəcək. Məlumata görə, Zelenski bu istiqamətdə ona ayrıca tapşırıq verib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv