Bakıda Anatoli Banişevskinin abidəsi qoyulacaq

Bakıda Anatoli Banişevskinin abidəsi qoyulacaq






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Futbol, #Neftçi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıda Azərbaycanın əfsanəvi futbolçusu Anatoli Banişevskinin abidəsi qoyulacaq.

presstvaz xəbər verir ki, bu barədə Sportnet.az-a mərhum hücumçunun həyat yoldaşı İnna Banişevskaya məlumat verib.

Onun sözlərinə görə, A.Banişevskinin 80 illik yubileyi münasibətilə görüş zamanı AFFA-nın baş katibi Cahangir Fərəcullayev belə bir niyyətdə olduqlarını bildirib:

“Yubiley mərasimindən əvvəl Cahangir müəllimlə görüşüm oldu. O, stadionlardan birinin qarşısında Banişevskinin abidəsinin qoyulacağını bildirdi. Baş katib hələlik dəqiq məkanın müəyyənləşmədiyini və seçim apardıqlarını söylədi. Sadəcə, abidənin stadion qarşısında qoyulacağını dedi. Amma hansı arenanın önündə olacağını bilmirəm”.

Qeyd edək ki, Anatoli Banişevskinin 80 illik yubileyi münasibətlə məhrum futbolçunun vaxtilə çıxış etdiyi “Neftçi” klubu “Palms Sports Arena”dakı “Cənub” tribunasına onun adını verib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv