Rusiyada matəm elan olundu

Rusiyada matəm elan olundu






presstv

"Presstv"az #Audi, #Cinayət işi, #Gəmi, #Hadisə, #Hakim, #Helikopter qəzası, #Nəqliyyat, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyanın Amur vilayətinin Romnı dairəsinin hakimiyyəti helikopter qəzasında üç nəfərin həlak olması ilə əlaqədar üç günlük matəm elan edib.

presstvaz-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə dairə administrasiyasından məlumat verilib.

Həmçinin son məlumata görə, Amur vilayətində qəzaya uğrayan helikopter ölən pilota məxsus olub və onun helikopter idarə etmək üçün səlahiyyəti olmayıb. Bundan əlavə, Şərqi Sibir Nəqliyyat Prokurorluğundan bildirilib ki, helikopter müəyyən edilmiş qaydada rəsmi qeydiyyata alınmayıb.

Xatırladaq ki, Rusiyanın Amur vilayətində şəxsi “Robinson” helikopteri Amaranka kəndi yaxınlığındakı ağac emalı sahəsindən qalxdıqdan sonra yoxa çıxıb.

Helikopterin axtarışları başa çatıb və ağac emalı sahəsinin yaxınlığındakı ucqar ərazidə tapılıb. Xilasedicilər qəza yerində üç şəxsin cəsədlərini aşkar ediblər.

Helikopterin göyərtəsində cəmi üç nəfər olub: pilot, İstintaq Komitəsinin əməkdaşı və polis nümayəndəsi.

Hadisə ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsinin 3-cü hissəsi (iki və ya daha çox şəxsin ölümünə səbəb olan hava gəmilərinin hərəkəti və istismarı təhlükəsizliyi qaydalarını pozma) ilə cinayət işi açılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv