“Zirə”nin türkiyəli hücumçusu: “Həyatım təhlükədə idi”

“Zirə”nin türkiyəli hücumçusu: “Həyatım təhlükədə idi”






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Futbol, #Jurnalistlər, #Müharibə, #Premyer Liqası, #Superliqası, #Türkiyə, #Türkiyə Superliqası, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Zirə”nin türkiyəli yeni transferi Eren Aydın dünən Misli Premyer Liqasının 21-ci turunda “Turan Tovuz”a qarşı keçirilən oyundan sonra (0:2) jurnalistlərin suallarını cavablandırıb.

presstvaz Qol.az-a istinadla legionerin müsahibəsini təqdim edir.

– Debüt oyununuzda komandanız uduzdu. Məğlubiyyətə səbəb nə oldu?

– Meydana qələbə üçün çıxmışdıq. Təəssüf ki, uduzduq. Bunda erkən qollar buraxmağımızın böyük rolu oldu. İkinci hissədə daha yaxşı oyun nümayiş etdirdik. Qol epizodlarımız da oldu. Lakin son nöqtəni qoya bilmədik.

– “Zirə”yə keçidiniz necə alındı?

– Transfer bir günün içində reallaşdı. Hazırda “Zirə”də olduğum üçün xoşbəxtəm. Mövsümün sonuna qədər müqavilə imzalamışıq. Bu müddət ərzində komandamın uğurları üçün əlimdən gələni edəcəyəm.

– Ukraynanın “Veres” klubundan ayrılmağınıza müharibə səbəb oldu?

– Bəli, orada həyatıma təhlükə yüksək idi. Üstəlik, tez-tez baş verən elektrik kəsintisi ilə həyata davam etmək çətindir. Ona görə də ayrılmaq üçün klubdan icazə istədim. Lakin “Veres” rəhbərliyi transferimə mane olurdu. Portuqaliya və Türkiyə Superliqasından təkliflər gəlmişdi. Getməyimə imkan vermədilər. Nəhayət ki, oradan ayrıla bildim. Artıq əksər ölkələrdə transfer pəncərəsi bağlanmışdı. Bu vaxt Azərbaycan variantı yarandı. Sağ olsun, “Zirə” mənə inandı, sahib çıxdı. Mən də bu inamın qarşılığını vermək üçün əlimdən gələni edəcəyəm.

– Qeyd etdiyiniz kimi, müqaviləniz dördaylıqdır. Mövsümün sonunda sözləşmənin müddətini artırmağınız mümkündür?

– Burada olduğum müddətdə komandamın uğuru üçün əlimdən gələni edəcəyəm. Sonra necə olacağını isə zaman göstərəcək. Hər şey mümkündür. Burada qala da, başqa yerə gedə də bilərəm.

– Son illər Azərbaycanda türkiyəli futbolçuları görmək olmur. Daha əvvəl ölkəmizdə oynayan həmyerliləriniz barədə məlumatınız var?

– ⁠Türk futbolçuları bilmirəm. Azərbaycanlı iki-üç dostumun daha əvvəl bu çempionatda oynadığını bilirəm. Məsələn, Vüsal İsgəndərlini tanıyıram.

– Oktay Derelioğlu, Ahmet Dursun, Suat Usta kimi ulduz futbolçular daha əvvəl Azərbaycanda çıxış ediblər…

– Hə, o barədə məlumatım var. ⁠Onlar daha əvvəl burada çıxış ediblər. O vaxtlar mənim yaşım az idi. (gülür)


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv