BDYPİ-dən yük avtomobili sürücülərinə SƏRT XƏBƏRDARLIQ: “Qəzalar ciddi narahatlıq doğurur”

BDYPİ-dən yük avtomobili sürücülərinə SƏRT XƏBƏRDARLIQ: “Qəzalar ciddi narahatlıq doğurur”






presstv

"Presstv"az #Avto, #avtomobillər, #Azərbaycan, #Hadisə, #Nəqliyyat, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İdarənin Mətbuat Xidməti magistral yollardakı kobud qayda pozuntularını pisləyib

        Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Mətbuat Xidmətindən presstvaz-a daxil olan məlumata görə, son zamanlar yük avtomobillərinin iştirakı ilə baş verən ağır yol qəzalarının sayının artması ilə əlaqədar sürücülərə xüsusi müraciət ünvanlanıb.

Sürücülərin haqlı narazılığına səbəb olan hallar Müraciətdə bildirilir ki, yük avtomobilləri tərəfindən törədilən bir sıra kobud qayda pozuntuları ciddi qəza riski yaradır. presstvaz xəbər verir ki, BDYPİ xüsusilə aşağıdakı halları qeyd edib:

  • Sürət həddinin aşılması, ötmə və manevretmə qaydalarının pozulması;

  • Sağ zolaq boş olduğu halda sol zolağı zəbt edərək nəqliyyat axınına maneə yaradılması;

  • Avtomobilin nasaz, sürücünün isə yorğun və yuxusuz halda sükan arxasına əyləşməsi;

  • Yükün düzgün qablaşdırılmaması və yol kənarında qanunsuz parklanma.

Məsuliyyət təhlükəsizliyin şərtidir İdarə vurğulayır ki, avtomagistrallarda baş verən yol-nəqliyyat hadisələrinin əksəriyyəti məhz bu cür etinasızlıqlar səbəbindən qeydə alınır. Baş Dövlət Yol Polisi İdarəsi yük avtomobili sürücülərini digər hərəkət iştirakçılarına hörmətlə yanaşmağa və yüksək peşəkarlıq göstərərək sürücülük mədəniyyətinə töhfə verməyə çağırır.

        “Unutmayaq! Yolda məsuliyyət həm özümüzün, həm də digərlərinin həyatı üçün vacibdir” – deyə müraciətdə qeyd olunub.

 presstvaz – Azərbaycanın etibarlı informasiya mənbəyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv