Zelenski FIDE prezidentinə və rusiyalı idmançılara sanksiya tətbiq etdi

Zelenski FIDE prezidentinə və rusiyalı idmançılara sanksiya tətbiq etdi






presstv

"Presstv"az #Audi, #Boks, #Kiyev, #Rusiya, #Şahmat, #Ukrayna, #Volodimir Zelenski

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ukrayna Prezidenti Volodimir Zelenski 10 rusiyalı idmançıya qarşı sanksiyaların tətbiqi barədə fərman imzalayıb.

presstvaz xəbər verir ki, bu barədə Ukrayna liderinin ofisinin saytında dərc olunmuş sənəddə qeyd edilib.

Sanksiya siyahısına güləşçilər Yevgeni Baydusov və İmam Qanişov, boksçu Fyodor Çudinov, oxatan Svetlana Qomboyeva, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç, sablyaçı Yana Yeqoryan, taekvondoçular Vladislav Larin (olimpiya və dünya çempionu) və Maksim Xramtsov, gimnast Angelina Melnikova, eləcə də cüdoçu Madina Taymazova daxil edilib.

Kiyevin tətbiq etdiyi sanksiyalar Ukrayna ərazisində aktivlərin dondurulmasını, lisenziyaların və rəsmi səfərlərin ləğvini, intellektual mülkiyyət obyektlərinin ötürülməsinə qadağanı, həmçinin ticarət razılaşmalarının, mədəni mübadilələrin və elmi əməkdaşlığın dayandırılmasını nəzərdə tutur. Bundan başqa, idmançılar Ukraynanın bütün dövlət mükafatlarından məhrum edilirlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv