Rusiya və Ukrayna liderləri arasında birbaşa danışıqlar olacaq?

Rusiya və Ukrayna liderləri arasında birbaşa danışıqlar olacaq?






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Audi, #Donald Tramp, #Dünya İqtisadi Forumu, #Müharibə, #Münaqişə, #Rusiya, #təyyarə, #Ukrayna, #Vladimir Putin, #Volodimir Zelenski, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp arasında Davosda, Dünya İqtisadi Forumu çərçivəsində keçirilən görüşdən sonra yaxın vaxtlarda ABŞ-nin vasitəçiliyi ilə Ukrayna və Rusiya prezidentlərinin bir araya gələ biləcəyinə dair məlumatlar yayılıb.

Tramp Davosdan Ağ Evə qayıdan zaman təyyarədə bildirib ki, Putinin və Zelenskinin razılaşmaq istəmədiyi vaxtlar var idi: “İndi düşünürəm ki, hər ikisi razılaşmaq istəyir. Bunu öyrənəcəyik”.

Məsələ ilə bağlı yayılan açıqlamalar müxtəlif suallar doğurur: Rusiya və ABŞ rəsmilərinin verdiyi bəyanatlar nə deməkdir? Putin və Zelenski həqiqətən razılaşmaya yaxınlaşıblar? Ekspertlər hesab edirlər ki, Ukrayna-Rusiya müharibəsində yalnız ərazi məsələsi deyil, bir sıra strateji problemlər də hələ həllini tapmayıb.

Digər tərəfdən, ABŞ dövlət katibi Marco Rubio Senatda keçirilən dinləmələr zamanı bildirib ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff, Trampın kürəkəni Cared Kuşner Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə növbəti danışıqlarda iştirak etməyəcəklər. Bu isə onu göstərir ki, tərəflər elə bir mərhələyə gəliblər ki, Vladimir Putin və Volodimir Zelenski bir otaqda birbaşa danışıqlar aparmalı olacaqlar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv