Avropa Komissiyası hədiyyə qəbulu qaydasını pozduğuna görə yüksəkvəzifəli məmuru qovub

Avropa Komissiyası hədiyyə qəbulu qaydasını pozduğuna görə yüksəkvəzifəli məmuru qovub






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Avropa, #Avropa Komissiyası, #Cinayət işi, #Fransa, #Nəqliyyat, #Qətər, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avropa Komissiyası hədiyyələrin qəbulu qaydalarını pozduğuna görə daxili araşdırma nəticəsində təqsirli bilinən yüksəkvəzifəli məmurlarından biri – Henrik Hololeyi vəzifəsindən azad edib.

presstvaz bildirir ki, bu barədə “Politico” nəşri üç rəsmi şəxsə istinadən xəbər yayıb.

O, daha əvvəl Avropa Komissiyasının Nəqliyyat Baş Direktorluğuna rəhbərlik edib, son dövrlərdə isə Beynəlxalq Tərəfdaşlıqlar üzrə Baş Direktorluqda yüksəksəviyyəli müşavir vəzifəsində çalışıb.

Araşdırma Avropa Prokurorluğunun korrupsiya ittihamları ilə bağlı cinayət işi açmasından sonra başlayıb. Buna səbəb Fransanın “Libération” qəzetində dərc olunan məqalə olub. Məqalədə Hololeyin Qətərlə bağlı iri aviasiya sazişi üzrə məxfi məlumatları hədiyyələr müqabilində ötürdüyü iddia edilirdi.

Xatırladaq ki, 2023-cü ildə Hololeyin Qətər hesabına etdiyi uçuşlar barədə məlumatlar ilk dəfə üzə çıxmış və o, Avropa Komissiyasının Nəqliyyat Baş Direktorluğunun rəhbəri vəzifəsindən azad edilmişdi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv