KİV: ABŞ ilin sonuna qədər Kubada kommunist rejimini devirməyi planlaşdırır

KİV: ABŞ ilin sonuna qədər Kubada kommunist rejimini devirməyi planlaşdırır






presstv

"Presstv"az #ABŞ, #Audi, #Donald Tramp, #Hakim, #Kuba, #Nikolas Maduro, #Nyu-York, #Venesuela

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“ABŞ Prezidenti Donald Trampın Administrasiyası Kuba hökuməti daxilində ilin sonuna qədər mövcud siyasi rejimi devirməyə kömək edə biləcək insanlar axtarır”.

presstvaz xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri özəl mənbələrinə istinadən məlumat yayıb.

“ABŞ Venesuela lideri Nikolas Maduronun devrilməsindən ruhlanaraq, ilin sonuna qədər Kubada kommunist rejimini devirməyə kömək edəcək insanlar axtarır. Tramp Administrasiyası hesab edir ki, Kuba iqtisadiyyatı hazırda çökmə həddindədir və oradakı mövcud hökumət Maduro kimi vacib himayədarını itirdikdən sonra heç vaxt belə zəif olmayıb” – deyə, mənbə diqqətə çatdırıb .

Vurğulanıb ki, ABŞ rəsmilərinin Kuba hökumətini devirmək üçün konkret planı yoxdur, lakin Maduronun ələ keçirilməsi əməliyyatından bəri Tramp dəfələrlə Kubanın onun növbəti hədəflərindən biri ola biləcəyini deyib.

Xatırladaq ki, bu il yanvarın 3-də ABŞ Venesuelada genişmiqyaslı əməliyyat keçirib, nəticədə prezident Nikolas Maduro və onun həyat yoldaşı Silia Flores həbs edilərək Nyu-Yorka aparılıblar.

D.Tramp Maduro və Floresin narkoterrorizm və ABŞ-ni təhdid etmək ittihamı ilə mühakimə olunacaqlarını açıqlayıb.

Venesuelanın vitse-prezidenti Delsi Rodriges müvəqqəti dövlət başçısı elan edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv