“Ailə Park”ın səhlənkarlıqda təqsirləndirilən direktoru ilə bağlı qərar ləğv edildi

“Ailə Park”ın səhlənkarlıqda təqsirləndirilən direktoru ilə bağlı qərar ləğv edildi






presstv

"Presstv"az #Ailə, #Ali Məhkəmə, #Audi, #Bakı, #Bakı Apellyasiya Məhkəməsi, #Hakim, #Nərimanov rayonu, #Səhlənkarlıq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ali Məhkəmədə “Ailə Park” QSC-nin direktoru Hüseyn Mədətovun barəsindəki qərardan yenidən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

presstvaz Pravda.az-a istinadən xəbər verir ki, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya instansiyası məhkəməsinin qərarı tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

Xatırladaq ki, Nərimanov Rayon Məhkəməsinin hökmü ilə ona şərti cəza verilib. İş üzrə verilmiş mülki iddia qismən təmin edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, Hüseyn Mədətovun apellyasiya şikayəti təmin edilməyib. Ali Məhkəmə də qərarı dəyişdirmədən qüvvədə saxlayıb.

Qeyd edək ki, “Ailə Park” QSC-nin direktoru Hüseyn Emin oğlu Mədətov Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham olunur. İttihama görə, o, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yerləşən istifadəyə yararsız evlərin sökülərək yerində çoxmərtəbəli “Whitestone Towers” yaşayış kompleksinin inşası aparılarkən cəmiyyətin işçiləri tərəfindən aparılan söküntü işlərinə lazımı qaydada nəzarət etməyib və müvafiq tapşırıqlar verməyib. Belə ki, qeyd olunan yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasının təmin etməməsi və sökülmələrinin qarşısını almaması nəticəsində 2022-ci ildə dörd vətəndaşa məxsus xüsusi mülkiyyətlərində olan əmlaklar sökülüb və həmin vaxt orada olan əşyalar məhv edilib. Nəticədə zərərçəkmiş şəxslərə ümumilikdə 728 893 manat dəyərində ziyan dəyib. Vətəndaşların şikayəti əsasında saxlanılan şirkət direktoru barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbir seçilmişdi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv