Avropa Xidmətlər Ordeninin ilk laureatlarının adları açıqlanıb – FOTO

Avropa Xidmətlər Ordeninin ilk laureatlarının adları açıqlanıb – FOTO






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fransanın Strasburq şəhərində Avropa Xidmətlər Ordeninin ilk laureatlarının adları açıqlanıb.

presstvaz-ın “Europarl.europa.eu” nəşrinə istinadən xəbərinə görə, adları Avropa Parlamentinin sədri Roberta Metsola elan edib.

Yeni təsis edilən “Xidmətlərə görə” Avropa Ordeni Avropa inteqrasiyasına, eləcə də Avropa dəyərlərinin təşviqi və qorunmasına verilən əhəmiyyətli töhfələrə görə təqdim edilir.

Məlumata görə, Almaniyanın keçmiş kansleri Angela Merkel, “Həmrəylik” ictimai hərəkatının keçmiş lideri və Polşa Respublikasının keçmiş prezidenti Lex Valensa və Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Xidmətlər Ordeninin fəxri üzvü adına layiq görülüblər.

Avropa Xidmətlər Ordeninin ilk laureatlarının adları açıqlanıb - FOTO

Həmçinin Xidmətlər Ordeninin laureatları arasında Litvanın keçmiş prezidenti Valdas Adamkus, Polşanın keçmiş baş naziri və Avropa Parlamentinin keçmiş sədri Yeji Buzek, Müqəddəs Taxt-tacın dövlət katibi, kardinal Pyetro Parolin, Moldova Prezidenti Maya Sandu, Avropa diplomatiyasının keçmiş rəhbəri Xavyer Solana, Avropa Mərkəzi Bankının keçmiş prezidenti Jan-Klod Trişe və bir sıra digər Avropa siyasi xadimləri də var.

Laureatlar 18-21 may tarixlərində Strasburqda planlanan plenar iclas zamanı keçiriləcək rəsmi mükafatlandırma mərasiminə dəvət olunacaqlar.

Qeyd edək ki, keçən il Şuman Bəyannaməsinin 75-ci ildönümü münasibətilə Avropa Parlamentinin Bürosu Avropada bu cür ilk mükafatı təsis etmək qərarına gəlib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv