Ceyhun Bayramov NATO Baş katibinin müavini ilə Ermənistanla normallaşma prosesini müzakirə etdi

Ceyhun Bayramov NATO Baş katibinin müavini ilə Ermənistanla normallaşma prosesini müzakirə etdi






presstv

"Presstv"az #Azərbaycan, #Ceyhun Bayramov, #Ermənistan, #Əfqanıstan, #Nəqliyyat, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov NATO Baş katibinin müavini Radmila Şekerinskanı qəbul edib.

presstvaz xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, görüş zamanı Azərbaycan ilə NATO arasında tərəfdaşlıq çərçivəsində mövcud əməkdaşlıq gündəliyi və perspektivləri, tərəfdaşlıq mexanizmləri çərçivəsində görülən işlər, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Tərəflər Azərbaycanla NATO arasında əməkdaşlığın əhəmiyyətini qeyd edərək, mövcud tərəfdaşlıq çərçivəsində həyata keçirilən dialoq və qarşılıqlı fəaliyyətin regional təhlükəsizliyə müsbət töhfə verdiyini bildiriblər. Azərbaycanla NATO arasında minasızlaşdırma, kibertəhlükəsizlik və digər sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Ölkəmizin NATO-nun sülhə dəstək üzrə əməliyyat və missiyalarında iştirak təcrübəsi, Əfqanıstanda proseslərə yaxından dəstəyi, müdafiə sahəsində islahatlar, uyarlılığın təmin olunması sahəsində görülən işlər təqdir olunub. Ötən ilin noyabr ayında NATO üzv ölkələrinin daimi nümayəndələrindən ibarət missiyanın ölkəmizə səfəri məmnunluqla xatırlanıb.

Görüş zamanı, həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesi, regionda dayanıqlı və qalıcı sülhün təmin olunması istiqamətində həyata keçirilən diplomatik səylər və etimad-quruculuğu tədbirləri, 8 avqust Vaşinqton sammiti çərçivəsində əldə olunmuş razılaşmalar və sülh perspektivləri, habelə regional nəqliyyat və bağlantı layihələri barədə məlumat verilib.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv