Azərbaycanda bir neçə kəndin adı dəyişdirilə bilər

Azərbaycanda bir neçə kəndin adı dəyişdirilə bilər






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Milli Məclis yanında Toponimiya Komissiyasının iclası keçiriləcək və Azərbaycanda bir neçə kəndin adının dəyişdirilməsi ilə bağlı məsələ müzakirə olunacaq”.

presstvaz xəbər verir ki, bu barədə komissiyanın üzvü, Atatürk Mərkəzinin müdiri, akademik Nizami Cəfərov məlumat verib.

O bildirib ki, Quba rayonunda Vladimirovka kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Vladimirovka, həmçinin Alekseyevka kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Alekseyevka və Timiryazev yaşayış məntəqəsinin adlarının dəyişdirilməsi ilə bağlı məsələ iclasın gündəliyinə daxil olunub.

Akademik qeyd edib ki, kəndlərin adlarının müvafiq olaraq Elbir, Çinarlı və Bəhrəli olması təklif edilir.

N.Cəfərov əlavə edib ki, sözügedən məsələ ilə bağlı sabah iclasda qərar veriləcək.

presstvaz 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv