“Gənclər Paytaxtı” seçilmiş Goranboyun rəsmi loqo və maskotu təqdim olunub

“Gənclər Paytaxtı” seçilmiş Goranboyun rəsmi loqo və maskotu təqdim olunub






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Goranboy rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2026-cı il üçün Azərbaycanın “Gənclər Paytaxtı” seçilmiş Goranboy rayonunun rəsmi loqo və maskotu təqdim olunub.

presstvaz xəbər verir ki, loqonun əsas elementi olan “G” hərfi həm Goranboyu, həm də gəncliyi simvolizə edir. Loqonun yuxarı hissəsində yer alan alov Goranboy adının mənşəyinə “gor (qor)” (od, odlar yurdu) anlayışına istinad edir və enerji ilə dinamizmi ifadə edir.

Aşağı hissədəki çay və təbiət elementləri isə rayonun zəngin təbii irsini və davamlı inkişaf ideyasını əks etdirir. Bu elementlərin vəhdəti “G” hərfi daxilində gənc obrazının formalaşmasına imkan yaradır. 2026-cı ilin “Gənclər Paytaxtı”nın maskotu olaraq su elementini simvolizə edən obraz seçilib.

Bu seçim Goranboy rayonunun ərazisindən keçən çayların və ümumilikdə su ehtiyatlarının bölgənin təbii, sosial və mədəni həyatında mühüm rol oynaması ilə əlaqədardır. Su maskotu həyatın mənbəyini, təmizliyi, saflığı və davamlı inkişafı ifadə etməklə yanaşı, gəncliyin daim yenilənən, hərəkətdə olan və gələcəyə doğru inkişaf edən enerjisinin rəmzi kimi təqdim olunur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv