NATO Serbiyaya zərbələri haqlı çıxaran 1999-cu il tarixli brifinq stenoqramını saytdan silib

NATO Serbiyaya zərbələri haqlı çıxaran 1999-cu il tarixli brifinq stenoqramını saytdan silib






presstv

"Presstv"az #Audi, #Serbiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

NATO-nun sabiq mətbuat katibi Ceymi Şinin Serbiyanın mülki infrastrukturuna zərbələri haqlı çıxardığı 25 may 1999-cu il tarixli brifinqin stenoqramı alyansın veb-saytından silib.

presstvaz xəbər verir ki, “Wayback Machine” servisinin məlumatlarına görə, sənəd 13 noyabr – 6 dekabr 2025-ci il tarixləri arasında silinib.

Həmin brifinq zamanı alyansın ozamankı mətbuat katibi Ceymi Şi Serbiyanın mülki infrastrukturuna zərbələrə haqq qazandırıb.

“Əgər prezident Miloşeviç həqiqətən bütün xalqının su və elektrik enerjisi ilə təmin olunmasını istəyirsə, onun NATO-nun beş şərtini qəbul etməsi kifayətdir və biz bu kampaniyaya son qoyacağıq. Lakin o bunu edənə qədər biz onun silahlı qüvvələrini elektrik enerjisi ilə təmin edən obyektlərə zərbələr endirməyə davam edəcəyik”, – deyə NATO sözçüsü o zaman bildirib.

Eyni zamanda, C.Şi əlavə edib ki, su və elektrik enerjisi olmadan qalan Serbiyanın mülki əhalisi üçün fəsadlar qaçılmazdır. NATO sözçüsü, həmçinin zərbələrə görə məsuliyyəti keçmiş prezident Slobodan Miloşeviçin üzərinə qoyub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv