Holand “Mançester Siti”də yubiley qolunu vurdu

Holand “Mançester Siti”də yubiley qolunu vurdu






presstv

"Presstv"az #Audi, #Borussiya Dortmund, #Futbol, #İngiltərə, #Mançester Siti, #Norveç

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Mançester Siti”nin hücumçusu Erlinq Holand Premyer Liqada “Brayton”la oyunda (1:1) klubun heyətində 150-ci qolunu vurub.

presstvaz xəbər verir ki, bu barədə “Mançester Siti”nin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, norveçli forvarda yubiley qolunu vurmaq üçün bütün turnirlərdə 173 oyun keçirməsi lazım olub. O, həmçinin 25 məhsuldar ötürmə edib.

Xatırladaq ki, Holand 2022-ci ilin yayından Mançester təmsilçinin heyətində oynayır. O, İngiltərə klubuna “Borussiya Dortmund”dan transfer olunub. “Transfermarkt”ın məlumatına görə, onun hazırkı transfer qiyməti 200 milyon avrodur. Norveçli ulduz dünyanın ən bahalı üç futbolçusundan biridir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv