Ötən il ASCO-nun gəmiləri ilə daşınan yükün həcmi açıqlanıb

Ötən il ASCO-nun gəmiləri ilə daşınan yükün həcmi açıqlanıb






presstv

"Presstv"az #Audi, #Avto, #Azərbaycan, #Gəmi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“AZCON Holding” şirkətlərindən olan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) gəmiləri ilə 2025-ci il ərzində 9 milyon 85 min 935 ton yük daşınıb. Bu da 2024-cü illə müqayisədə 5.38 faiz artım deməkdir.

presstvaz ASCO-ya istinadən xəbər verir ki, ən yüksək artım quru yük gəmiləri ilə daşımalarda qeydə alınıb. Ötən il ərzində bu tip gəmilərlə 1 milyon 324 min 999 ton yük daşınıb. Bu, 2024-cü ilin eyni göstəriciləri ilə müqayisədə 45 faizdən çoxdur.

Ötən il tankerlərlə daşınan yükün həcmində də artım müşahidə olunub. Belə ki, 2024-cü ildə 4 milyon 216 min 243 ton yük daşındığı halda, 2025-ci ildə bu göstərici 4 milyon 310 min 46 tona çatıb. Beləliklə, bu seqment üzrə daşımalarda iki faizdən çox artım qeydə alınıb.

Statistikaya əsasən, 2024-cü ildə bərə gəmiləri ilə 76 757 ədəd təkərli texnikanın (vaqon, TIR və avtotexnika) daşınması həyata keçirilib. 2025-ci ildə də təxminən eyni səviyyədə, yəni 77 071 ədəd vaqon, TIR və avtotexnika daşınıb.

Bundan başqa, ötən il ASCO-nun gəmiləri ilə daşınan konteynerlərin sayı 22 030 TEU olub. Bu isə 2024-cü illə müqayisədə 203 faiz artım deməkdir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv