Bir sıra ölkələrdən Azərbaycana ət idxalına məhdudiyyət qoyulub

Bir sıra ölkələrdən Azərbaycana ət idxalına məhdudiyyət qoyulub






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Böyük Britaniy, #Böyük Britaniya, #Fransa, #İtaliya, #Niger, #Nigeriya, #Qrip, #Quş qripi, #Sağlamlıq, #Slovakiya, #Yoluxucu xəstəlik

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Quş qripi, digər xəstəliklər aşkarlanan bir sıra ölkələrdən Azərbaycana heyvan və quş əti məhsullarının idxalına məhdudiyyət qoyulub.

presstvaz xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Fransa Respublikasının Mərkəz-Luara vadisi regionunda aueski xəstəliyi, Nigeriya Federativ Respublikasının Sokoto ştatında, Monqolustanın Süxbaatar vilayətində dabaq xəstəliyi, Nigeriya Federativ Respublikasının Akva İbom ştatında xırdabuynuzlu heyvanların arasında taun xəstəliyi yayılıb.

Bundan başqa Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Cersinin Sent-Martin, Sent-Piter, Sent-Sevior, Sent-Brelad inzibati ərazilərində blutanq xəstəliyi, Slovakiyanın Preşov diyarında Nyukasl xəstəliyi, Şotlandiyanın Şotlandiya Sərhədləri inzibati ərazi vahidində, İtaliyanın Toskana regionunda isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb:

“Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq edilib.

Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv