Xızı dağlarında üç əcnəbi köməksiz qaldı – XİLASEDİLMƏ GÖRÜNTÜLƏRİ

Xızı dağlarında üç əcnəbi köməksiz qaldı – XİLASEDİLMƏ GÖRÜNTÜLƏRİ






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Güclü yağıntılar səbəbindən Xızı rayonunun Fındığan kəndi yaxınlığında dağlıq ərazidə üç nəfər avtomobildə köməksiz vəziyyətdə qalıb.

presstvaz xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Siyəzən Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri çağırış üzrə cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, içərisində üç nəfər xarici ölkə vətəndaşının olduğu “Toyota Prado” markalı minik avtomobili yoldan çıxıb palçıqda batıb və vətəndaşlar köməksiz vəziyyətdə qalıblar.

Xilasedicilər xüsusi təyinatlı nəqliyyat vasitəsilə vətəndaşları təhlükəsiz əraziyə təxliyə ediblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv